Braun-dan yeni AutoClean texnologiyası ərpdən nə zaman təmizlənməli olduğunu müəyyən edir və onu sizin iştirakınız olmadan 2 dəqiqəyə təmizləyir! Ütüləmə zamanı komfortun yeni səviyyəsini hiss edin.
Sizin əvəzinizə buxar verən Auto Steam texnologiyası ilə ütüləmə rahatlığının yeni səviyyəsini kəşf edin. Ütünün tutacağına quraşdırılmış innovativ sistem istənilən hərəkətdə optimal buxar miqdarını avtomatik verir və sizin düymə basmağınıza gərək qalmır. Arxa kənarın unikal konstruksiyası sayəsində isə ütü ütüləmə masasında şaquli vəziyyətdə rahat və sabit yerləşdirilir.
Güclü buxar verilməsi ilə peşəkar ütüləmə. Bu innovativ texnologiya sayəsində siz istənilən çətinlikdə əşyaları asanlıqla ütüləyə bilərsiniz. Buxarın yüksək təzyiqi ona parçaya daxil olmaq imkan verir ki, bu da ütüləmə prosesini sürətli və effektiv edir. Əlavə buxar verilməsi sayəsində çətin qırışlar anında yox olur. Güclü buxara sahib olan buxar generatoru paltardakı qırışları aradan qaldırmağın ideal yoludur.
Asan ütüləmə və yüksək komfort üçün erqonomiklik üzrə sertifikatı olan ütü. Unikal açıq tutacaq optimal bucaq altında yerləşməklə biləklərə yüklənməni azaldır və bu da ütüləmə prosesini daha komfortlu edir.
*ErgoCert (İnstitut məhsulların, xidmətlərin və proseslərin erqonomiklik xüsusiyyətlərinin dəyərləndirilməsində ixtisaslaşıb və Accredia tərəfindən akkreditasiya edilib) tərəfindən sertifikatlaşdırılıb.
Unikal 3D altlıq 360° sürüşmə təmin edir. Siz düymə və ciblər kimi maneələri ilişmədən ötərək asanlıqla arxaya hərəkət edə bilərsiniz. Əla sürüşmə ütüləmə prosesini sürətləndirir, altlığın yüksək möhkəmliyi isə (paslanmayan poladdan iki dəfə çox*) onun uzun müddət xidmət etməsini təmin edir.
*Xarici laboratoriya sınaqları, AISI 304 DIN W. № 1.4301 və UNI EN ISO 6507-1:2018 standartı ilə müqayisədə.
Sizinlə “danışan” ütü ilə komfortlu ütüləmə. Ağıllı iMode selektoru ütüləməyə dair məsləhətlər verir, lazımi məlumatları verir və cəmi bir toxunuşla 6 ütüləmə ayarından birini seçməyə imkan verir. Maksimal rahatlıqla intuitiv anlaşılan rəqəmsal idarəetmədən zövq alın. Ütü istənilən parça növləri ilə təhlükəsiz şəkildə və ehmalca davranaraq paltarları zədədən və yanmadan qoruyur, hansı ütüləmə rejiminin seçilməsindən asılı olmayaraq.